• Bakı 20° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Rusiya mediası İlham Əliyevin Moskvaya səfərindən yazdı - FOTOLAR

DÜNYA

22 Aprel 2024 | 20:55

Rusiya mediası İlham Əliyevin Moskvaya səfərindən yazdı - FOTOLAR

Rusiya mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərinə və Rusiya Prezidenti Vladimir Putin ilə görüşünə geniş diqqət ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, xəbərlərdə ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından bu görüşün mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.

TASS Agentliyində yer alan xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin Kremldə rusiyalı həmkarı Vladimir Putinlə görüşünün iki dövlət arasında münasibətlərin inkişafına yeni təkan verəcəyinə əminlik ifadə olunur.

“RİA Novosti”, “Moskovski Komsomolets” nəşrləri Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə Ümummilli Lider Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisinə mühüm töhfə verməsi barədə fikirlərini diqqətə çatdırıb.

“İnterfaks” nəşrinin xəbərində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə təhlükəsizlik məsələləri, ikitərəfli münasibətlər və bir sıra digər mövzularda müzakirələr aparılacağını bildirdiyi qeyd olunub.

“News.ru” hər iki ölkə prezidentinin bu il yenidən ali dövləti vəzifəyə seçildikdən sonra ilk dəfə görüşdüklərini xüsusi vurğulayıb. “Onların daha əvvəl başladıqları işləri davam etdirəcəkləri gözlənilir. Politoloqlar hesab edirlər ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsində ümidverici irəliləyişdən sonra Moskva və Bakı Cənubi Qafqazda yeni geosiyasi reallıqda münasibətlərin inkişaf perspektivlərini müzakirə etmək niyyətindədirlər”, - nəşrdə yayımlanan xəbərdə qeyd olunub.

“Arqumentı i faktı” nəşri yazır ki, Rusiya Prezidenti Vladimir Putin Ümummilli Lider Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisinə verdiyi töhfəni xatırladıb. Nəşr qeyd edib ki, Vladimir Putin Heydər Əliyevin SSRİ dövründə BAM-ın tikintisi ilə bağlı məsələlərə birbaşa nəzarət etdiyini və Rusiyanın buna görə ona minnətdar olduğunu vurğulayıb.

“Qazeta.ru” portalı Azərbaycan Prezidenti İlham Əliyevin “Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir” fikrini xüsusi vurğulayıb. “Bu gün iki dövlət başçısı Rusiya və Azərbaycanı birləşdirəcək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsini müzakirə etməyi planlaşdırır. Eyni zamanda, Azərbaycan liderinin fikrincə, bu dəhliz yükdaşımaların təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə Rusiya nəşrinin xəbərində bildirilib.

“Ren.tv”də yer alan xəbərdə Prezident Vladimir Putinin Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artmasını xüsusi vurğuladığına diqqət çəkilib. “Onun sözlərinə görə, bu rəqəm 4 milyard dollardan çoxdur. Bundan başqa, Rusiyanın yatırdığı 6 milyard dollarlıq sərmayə Azərbaycan iqtisadiyyatının bir hissəsini təşkil edir”, - deyə telekanalın xəbərində qeyd edilib.


SON XƏBƏRLƏR

20 May 2024