• Bakı 20° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

"Terrorçular təcrübəli döyüşçülərdir" - Hadisə şahidi

DÜNYA

24 Mart 2024 | 00:51 | Müəllif: Subhan Mahmudov

"Terrorçular təcrübəli döyüşçülərdir" - Hadisə şahidi

“Crocus City Holl”da terrorçular heç nə tələb etməyiblər, onlar yaxşı hazırlaşmışdılar.

Bakıvaxtı.az xəbər verir ki, bunu terror aktının şahidi Andrey Lesnıx “İzvestiya” portalına açıqlamasında deyib.

Zalda bacısı ilə birlikdə olan Andrey Lesnıx ilk təxliyə edilənlərdən olub. Onun sözlərinə görə, zaldan atışma səslərini eşidəndə təşvişə düşüb və bacısı ilə birlikdə zalı tərk etmək qərarına gəlib.

“Mən artıq səhnəyə enmişdim ki, zalda atəş açılmağa başladı, sonra təşviş başladı. Sağ tərəfdəki səhnədən çıxdım, bacım isə balkondan, yuxarıdan çıxdı”, - deyə o bildirib.

Lesnıx əlavə edib ki, terrorçular heç bir tələb irəli sürməyiblər. O, terrorçuları təcrübəli və təlim keçmiş döyüşçülər kimi xarakterizə edib: "Öz aralarında danışarkən heç bir qışqırıq yox idi. Aydındır ki, onlar təcrübəli döyüşçülərdir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026