• Bakı 9° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Putin Baydenin təhqirlərinə CAVAB VERDİ

DÜNYA

23 Fevral 2024 | 10:12

Putin Baydenin təhqirlərinə CAVAB VERDİ

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenin onu təhqir etməsinə cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, “Rossiya-1” dövlət kanalına açıqlama verən Putin bildirib ki, Baydenin ona qarşı təhqiramiz ifadələr işlətməsi Moskvanın ABŞ prezidenti olaraq Donald Tramp əvəzinə Baydenə üstünlük verməsinin nəticəsidir.

O, Baydinin seçkiqabağı çıxışında ona qarşı təhqiramiz ifadələr işlətməsinə kinayəli şəkildə cavab verib:

“Əlbəttə, o, indi mənə “Afərin, Volodya, mənə kömək etdiyin üçün, o vaxt məni dəstəklədiyin üçün sənə təşəkkür edirəm” deyə bilməz. Biz daxili siyasət baxımından orada nə baş verdiyini anlayırıq və bu, tamamilə uyğun reaksiyadır" .

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden seçki kampaniyası çərçivəsində Kaliforniya ştatının San-Fransisko şəhərində iştirak etdiyi xeyriyyə tədbirində Rusiya prezidenti Putinə qarşı təhqiramiz ifadələr işlətmişdi.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR