İtaliyada miqrantları daşıyan qayıq batıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Lampeduza adası sahillərində qeydə alınıb.
Belə ki, Tunisin Sfax şəhərindən yola çıxan 7 metr uzunluğundakı qayıqda olan 11-i qadın və 3-ü azyaşlı olmaqla, 44 miqrant “Mare Go” humanitar gəmisi tərəfindən xilas edilib.
Bir azyaşlının itkin düşdüyü bildirilir. Qayığın batdığı ərazidə axtarışlar aparılır.
Mühacirlər İtaliya sahil mühafizə xidmətinin patrul gəmiləri vasitəsilə Lampeduza adasındakı miqrant düşərgəsinə gətirilib. Onlar Burkina-Faso, Qvineya Konakri, Mali və Seneqal vətəndaşlarıdır.
Gecə yarısından bəri adaya, ümumilikdə, 620 mühacirin qəbul edildiyi bildirilib.
















