• Bakı C

    10.71 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Fiziki aktivlik insan sağlamlığı üçün vacibdir - Çinarə Hacıyeva

CƏMİYYƏT

14 Yanvar 2025 | 13:01

Fiziki aktivlik insan sağlamlığı üçün vacibdir - Çinarə Hacıyeva

“Fiziki aktivlik insan sağlamlığı üçün vacibdir. Fiziki aktivliyin azalması uşaqların da sağlamlığına mənfi təsir göstərə bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da həkim fizioterapevt Çinarə Hacıyeva açıqlayıb. 

Onun sözlərinə görə, bu zaman xüsusilə ürək-damar, tənəffüs sisteminin və dayaq hərəkət aparatının funksiyaları zəifləyə bilər:

“Bu da gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır. Buna görə də, sağlam gələcək nəsil yetişdirmək üçün fiziki aktivliyi artırmaq məqsədilə bağça, məktəb dövründən aktiv həyat tərzini uşaqlara aşılamaq lazımdır. Valideynlər və müəllimlər uşaqları açıq havada oyunlara, idmana cəlb etməli, müasir texnoloji cihazlardan istifadənin müddətinin azaldılmasına çalışmalıdılar”.

Ç.Hacıyeva qeyd edib ki, araşdırmalar görə, fiziki aktiv uşaqlar daha yüksək nəticələr əldə etmək qabiliyyətinə malik olurlar.


SON XƏBƏRLƏR

14 Yanvar 2025