• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Formula 1 Azərbaycan Qran Prisinin başlamasına 2 ay qaldı

FORMULA 1

14 Aprel 2022 | 11:39

Formula 1 Azərbaycan Qran Prisinin başlamasına 2 ay qaldı

2022-ci il Formula 1 mövsümündə Azərbaycan Qran Prisinin başlamasına son 2 ay qaldı.

Bakı Şəhər Halqasından Bakıvaxtı.az-a verilən məlumata görə, 10-12 iyun tarixlərində keçiriləcək bu mötəbər yarış 6-cı dəfə Bakı küçələrində öz azarkeşlərinə möhtəşəm həyacan yaşadacaq. 

Ötən il pandemiya səbəbindən tamaşaçısız keçirilən Formula 1 Azərbaycan Qran Prisini bu il yenidən canlı izləmək imkanı olacaq.

Qeyd edək ki, builki yarışlara bilet satışı 22 fevraldan start götürüb. Hazırda biletlər daha çox Azərbaycan, ABŞ, Böyük Britaniya, Hollandiya və digər Avropa ölkələrindən olan azarkeşlər tərəfindən alınır.

Pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə axşam konsert proqramı nəzərdə tutulmasa da, ötən illərdə olduğu kimi, bu il də bir qədər fərqli, müxtəlif əyləncə proqramları təşkil olunacaq.

2016-cı ildə Formula 1 təqvimindəki ilk çıxışından etibarən, yarışın Bakı mərhələsi qısa müddətdə ən coşğulu, dinamik və gözlənilməz nəticələr təqdim edərək geniş tamaşaçı kütləsi və pilotların sevimlisinə çevrilib.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

25 Aprel 2024