• Bakı 26° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.7918

    RUB - 0.0311

Formula 1 Azərbaycan Qran Prisinə biletlərin qiymətləri açıqlandı

FORMULA 1

15 Aprel 2022 | 13:02

Formula 1 Azərbaycan Qran Prisinə biletlərin qiymətləri açıqlandı

Formula 1 Azərbaycan Qran Prisinə biletlərin qiyməti yerli azarkeşlər üçün 90 manatdan başlayaraq 970 manata kimi dəyişir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə müsahinəsində Formula 1 Azərbaycan Qran Prisinin mətbuat katibi Turab Teymurov deyib.

"Bilet satışlarına bir aydan çoxdur ki, start vermişik. Hazırda bilet satışı bütün tribunalar üçün açıqdır və azarkeşlər tərəfindən maraq olduqca yüksəkdir. Biletlərin qiyməti yerli azarkeşlər üçün 90 manatdan başlayaraq 970 manata kimi dəyişir. Azarkeşlərimiz biletləri https://www.bakucitycircuit.com/az veb səhifəsindən, həmçinin şəhərimizin bilet satışı məntəqələrindən əldə edə bilərlər. Xarici azarkeşlərlə yanaşı, yerli azarkeşlərin yüksək marağını müşahidə edirik və bu da bizi çox sevindirir. Hazırda biletlərin satışına görə Azərbaycan, ABŞ və Böyük Britaniya ilk üçlüyə daxildir. Bundan başqa, İspaniya, Niderland, Danimarka, Rusiya, Fransa, Norveç və digər ölkələrin azarkeşləri say etibarilə çoxluq təşkil edir. Qeyd edim ki, biletlər Azərbaycan vətəndaşlarına və Azərbaycanda müvəqqəti yaşama icazəsi olan əcnəbilərə 20-25 faizlik endirimlə təklif olunur", - deyə T.Teymurov əlavə edib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.


SON XƏBƏRLƏR

26 Iyun 2022