• Bakı 18° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.8849

    RUB - 2.0239

Formula 1-də növbəti dayanacaq- Yaponiya

DÜNYA

04 Aprel 2025 | 10:47

Formula 1-də növbəti dayanacaq- Yaponiya

Formula 1 Dünya Çempionatında həyəcan mövsümün üçüncü mərhələsi olan Yaponiya Qran Prisi ilə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, yarış Suzuka şəhəri ilə eyni adı daşıyan 5,8 kilometrlik trasda baş tutacaq.

Pilotlar 53 dövrəlik bu trasda mübarizə aparacaqlar. Sıralama turları sabah 5 aprel saat 10:00-da (Bakı vaxtı ilə), əsas yarış isə 6 aprel bazar günü saat 09:00-da başlayacaq.

Mövsümün ilk iki yarışında McLaren komandasının pilotları Lando Norris və Oskar Piastri qalib gəliblər.

Yaponiya Qran Prisi öncəsi pilotlar və komandalar reytinqində ilk 5-lik belədir:

Pilotlar:

1. Lando Norris (Böyük Britaniya) – 44 xal

2. Maks Ferstappen (Hollandiya) – 36 xal

3. Corc Rassell (Böyük Britaniya) – 35 xal

4. Oskar Piastri (Avstraliya) – 34 xal

5. Andrea Kimi Antonelli (İtaliya) – 22 xal

Komandalar:

1. McLaren – 78 xal

2. Mercedes – 57 xal

3. Red Bull – 36 xal

4. Williams – 17 xal

5. Ferrari – 17 xal


SON XƏBƏRLƏR

06 Aprel 2025