• Bakı 15° C

    2.03 m/s

Fransa Ukraynaya yeni hərbi texnikalar verəcək

DÜNYA

04 Yanvar 2023 | 21:25 | Müəllif: Subhan Mahmudov

Fransa Ukraynaya yeni hərbi texnikalar verəcək

Fransa Rusiya təcavüzünə qarşı mübarizə aparmaq üçün Ukraynaya AMX-10 RC yüngül zirehli döyüş maşınlarını təhvil verəcək.

Bakıvaxtı.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb.

"İki liderin söhbətindən sonra Yelisey sarayının nümayəndəsi qeyd edib ki, Fransa Ukraynaya AMX-10 RC yüngül zirehli döyüş maşınları göndərəcək. Eyni zamanda o, planlaşdırılan tədarüklərin həcmi və müddətləri barədə ətraflı məlumat verməyib", - məlumatda qeyd olunub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR