• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

"Ukraynanın gələcəyi Avropa İttifaqındadır" - Şarl Mişel

DÜNYA

03 Fevral 2023 | 19:23

Ukraynanın gələcəyi Avropa İttifaqındadır - Şarl Mişel

Avropa İttifaqı (Aİ) mümkün olan bütün yollarla və lazım olduğu müddətcə Ukraynanı dəstəkləyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel “Ukrayna-Avropa İttifaqı” sammitinin nəticələri ilə bağlı çıxışında deyib.“Biz Kremldən qorxmuruq və qorxmayacağıq. Çünki Aİ və Ukrayna bir ailədir. Ukraynanın gələcəyi Avropa İttifaqındadır”, - o əlavə edib.

Şarl Mişel Aİ-nin bu vaxtadək Ukraynaya təxminən 60 milyard avro yardım etdiyini qeyd edib. Onun sözlərinə görə, bunun təxminən 12 milyardını ölümcül silahlar da daxil olmaqla hərbi yardımlar təşkil edib.

“Biz bu il ilk olaraq 30 min Ukrayna hərbçisinə təlim keçirik. Aİ eyni zamanda, 2023-cü il üçün 18 milyard avro dəyərində makro-maliyyə yardımı ayırıb”, - Şarl Mişel diqqətə çatdırıb.


SON XƏBƏRLƏR