• Bakı C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Fransanın siyasəti Cənubi Qafqazın təhlükəsizliyinə xələl gətirir - Azay Quliyev

SİYASƏT

23 Fevral 2024 | 15:42

Fransanın siyasəti Cənubi Qafqazın təhlükəsizliyinə xələl gətirir - Azay Quliyev

Fransanın siyasəti Cənubi Qafqazda onsuz da kövrək olan sülhə xələl gətirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev ATƏT PA-nın Vyanada keçirilən qış sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Fransa hökuməti İrəvana silah tədarükü ilə bağlı yeni sövdələşmələr vəd edərək Ermənistanı hərbiləşdirmək siyasəti aparır:

“Fransanın bu siyasəti yalnız regionda onsuz da kövrək olan sülh və təhlükəsizliyə xələl gətirir, Bakı ilə İrəvan arasında normallaşma prosesinə ciddi şəkildə mənfi təsir göstərir. Buna görə də belə siyasətə son qoyulmalıdır”.

A.Quliyev vurğulayıb ki, fransalı deputatların Azərbaycana qarşı iddiaları əsassızdır və Ermənistanın hərbiləşdirilməsinə dəstək vermək üçün sadəcə bəhanədir.


SON XƏBƏRLƏR

21 Dekabr 2024