• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gələn ay bayramlarla əlaqədar neçə gün iş olmayacaq?

CƏMİYYƏT

19 Aprel 2022 | 17:55 | Müəllif: Qalib İbrahimoğlu

Gələn ay bayramlarla əlaqədar neçə gün iş olmayacaq?

May ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki. Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 1 dekabr 2021-ci il tarixli qərarına əsasən, mayın 2, 3-ü Ramazan bayramı müəyyən edilib.

Bundan başqa, 9 May - Faşizm üzərində Qələbə Günü və 28 May Müstəqillik Günü iş günü hesab edilməyən bayram günləridir. Bu il 28 May həftənin şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, Belə kİ. 30 may da qeyri-iş günü olacaq və beləliklə, ardıcıl 3 gün iş olmayacaq.

Beləliklə, gələn ay bayramlarla əlaqədar 6 gün qeyri-iş günü olacaq.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026