Qlobal ərzaq böhranını həll etmək üçün onu yaradan səbəblərə diqqət yetirmək, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmək lazımdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bislinin Moskvaya Ukraynadakı dəniz limanlarına çıxışı açmaq çağırışına cavab olaraq Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. Nazir müavini qeyd edib ki, burada təkcə Rusiya Federasiyasına müraciət etmək deyil, həm də hazırkı ərzaq böhranına səbəb olan bütün səbəblər kompleksinə diqqət yetirmək lazımdır.
Onun sözlərinə görə, ilk növbədə, bunlar ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardır və ərzaq məhsullarının, o cümlədən buğdanın, gübrələrin və əşyaların normal sərbəst ticarətinə mane olur.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Rusiyaya qarşı sanksiyaların ləğvi şərtini irəli sürüb. Onun sözlərinə görə, məhdudiyyətləri aradan qaldırmağın yeganə yolu Moskva ilə Kiyev arasında sülh razılaşmasıdır.
Nuranə Daxilqızı
















