• Bakı 9° C

    0.35 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Dilənçiliklə məşğul olan 70 nəfər saxlanıldı

CƏMİYYƏT

18 Iyun 2022 | 13:52 | Müəllif: Subhan Mahmudov

Dilənçiliklə məşğul olan 70 nəfər saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, tədbir zamanı ümumilikdə 70 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026