• Bakı 14° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Rusiyadan qanunsuz dərman keçirilməsinin qarşısı alınıb

CƏMİYYƏT

18 Iyun 2022 | 13:04 | Müəllif: Subhan Mahmudov

Rusiyadan qanunsuz dərman keçirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana qanunsuz dərman preparatlarının keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Yoxlama zamanı avtomobilin müxtəlif saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 1200 ampul dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR