• Bakı 21° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Tanınmış jurnalist reanimasiyaya YERLƏŞDİRİLİDİ - YENİLƏNİB

CƏMİYYƏT

19 May 2022 | 17:40

Tanınmış jurnalist reanimasiyaya YERLƏŞDİRİLİDİ - YENİLƏNİB

"Tanınmış jurnalist Qadir İbrahimlinin vəziyyəti çox ağırdır". 

Bakıvaxtı.az xəbər verir ki, bunu lent.az-a onu müalicə edən həkim Vidadi Həsənov deyib.

Həkim bildirib ki, Qadir İbrahimlinin bütün orqan sistemləri pozulub:

“Qadir İbrahimlinin vəziyyəti çox ağır olaraq qalır. Qaraciyər çatışmazlığı, alkaqol mənşəli sirroz, şəkər problemləri var. Bütün orqanlar sistemi pozulub. Hazırda da vəziyyəti çox pisdir. Allah şəfa versin!”.

***

13:43

"Jurnalist həmkarımız, uzun illərdən bəri tanıdığımz Qadir İbrahimlinin səhhəti şəxsən mənim, ümumən Azərbaycan Mətbuat Şurasının diqqətindədir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bilditrib.

MŞ sədri qeyd edib ki, Respublika Xəstəxanasının rəhbərliyi ilə bir neçə də əlaqə saxlanılıb: "Qadirin tezliklə sağlamlığına qovuşmasını arzulayırıq. Həkimlər də bunun üçün əllərindən gələni edirlər. Bir çox həmkarımın də bildiyi kimi, səhhəti hazırda ürəkaçan sayıla bilməz".

Ə.Amaşov onu da deyib ki, Q.İbrahimlinin sağlamlıq durumu ilə əlaqədar müvafiq dövlət qurumları ilə də təmasları olub: "İnanıram ki, müvafiq tədbirlər görüləcək. Allah Qadirə kömək olsun".

***

12:15

"Jurnalist Qadir İbrahimlinin səhhəti Medianın İnkişafı Agentliyinin (MEDİA) diqqətindədir".

Bakıvaxtı.az xəbər verir ki, bunu MEDİA-nın şöbə müdiri Natiq Məmmədli "Facebook"da bildirib.

N.Məmmədli qeyd edib ki, Q.İbrahimlinin yerləşdirildiyi xəstəxananın rəhbərliyi və həkimləri ilə dərhal əlaqə saxlanılıb.

“Daim əlaqədəyik. Allahdan dəyərli dostumuza şəfa diləyirik!”, - deyə MEDİA-nın rəsmisi bildirib.

***

12:17

Tanınmış jurnalist, iqtisadçı-ekspert Qadir İbrahimlinin səhhətində problem yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun həmkarları bildiriblər.

Məlumata görə, dünən axşam saatlarında səhhəti pisləşən jurnalist Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan aldığımız məlumata görə, Qadir İbrahimli hazırda müalicəsini davam etdirir.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026