q
  • Bakı 13° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

İndi də "Meymun çiçəyi" virusu gəlir

CƏMİYYƏT

19 May 2022 | 16:10

İndi də Meymun çiçəyi virusu gəlir

Xəbər verdiyimiz ki, Portuqaliyada “Meymun çiçəyi” xəstəliyinə 5 yoluxma halı aşkarlanıb. Bununla yanaşı, daha 20 şübhəli hal müəyyən edilib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. İspaniyada da 23 potensial xəstə var. İspaniya Səhiyyə Nazirliyi ilkin olaraq ilk yeddi yoluxma halının müəyyən edildiyini təsdiqləyib.

Bəs "Meymun çiçəyi" xəstəliyi nədir? Əlamətləri hansılardı? Xəstəliklə necə mübarizə aparmaq olar?

İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, Britaniyada, İspaniyada, ABŞ-da və son olaraq Portuqaliyada 5 nəfərdə “Meymun çiçəyi” virusu aşkarlanıb: “Saydığım ölkələrdə əlavə olaraq karantində saxlanılan çox sayda şübhəli xəstə var. Ocağı Afrikada olan bu xəstəliyin dünyanın müxtəlif yerlərində bu cür yayılması işin narahatlıq doğuran tərəfidir və əlavə olaraq bu cür şəraitdə virusun mutasiya ehtimalı da artır".

Onun sözlərinə görə, indiki vəziyyətdə bu xəstəlikdən ölüm halları yalnız 1% təşkil edir. Həkim buna görə də ciddi narahatlığa əsas görmür.

N.Əzimli qeyd edib ki, “Meymun çiçəyi” ilk dəfə 1970-ci illərdə aşkarlanıb: “Yəni tamamilə yeni bir xəstəlik deyil. Son 10 illikdə isə Afrikada bu xəstəliyin artımı müşahidə olunub. Bu artımın da yeni bir mutasiya nəticəsində və daha yüngül ştamla bağlı olduğu qeyd edilir. Avropada yayılan ştam da həmin bu ştamdır. Eyni zamanda, qeyd etməliyəm ki, 18-ci əsrdə milyonlarla insanın ölümünə səbəb olub, öldürücülük xüsusiyyəti 30% olan, klassik çiçək xəstəliyinə qarşı peyvənd olunmuş şəxslərdə hazırkı meymunçiçəyinə qarşı da ömürlük immunitet var".

İnfersionistin sözlərinə görə, keçən əsrdə çiçək pandemiyasının bitməsi səbəbi ilə ÜST tərəfindən peyvəndləmə prosesi dayandırıldığından, hazırda dünya əhalisinin böyük hissəsinin həm klassik çiçək, həm də "Meymun çiçəyi" xəstəliyinə qarşı immuniteti yoxdur.

Aytac Aslan

 

 


SON XƏBƏRLƏR

25 Aprel 2026