• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gələn il elektrikli avtobuslar istismara veriləcək - BNA

CƏMİYYƏT

21 Dekabr 2021 | 10:08 | Müəllif: Qalib İbrahimoğlu

Gələn il elektrikli avtobuslar istismara veriləcək - BNA

BMT-nin dayanıqlı inkişaf məqsədlərinin 11-ci bəndində ehtiva edilən “Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək” üçün Bakı Nəqliyyat Agentliyi öz töhfəsini verməkdədir.

Bakıvaxtı.az Agentliyə istinadəın xəbər verir ki, ötən 6 ildə avtobus parkının 34%-i ekoloji təmiz, “Avro6” standartlı, CNG müəhərrikli avtobuslara əvəzlənib. Hədəf 2022-ci ilin sonunadək bu rəqəmi 75%-ə çatdırmaq və elektrikli avtobusları istismara verməkdir.

Qeyd olunub ki, dizellə işləyən avtobuslarla müqayisədə CNG ilə işləyən avtobuslardan havaya atılan karbon qazı 30%, azot dioksid isə 32% daha azdır.

“2015-ci illə müqayisədə 2019-cu ildə avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin həcmi 3,3% (32,5 ton), adambaşına düşən göstərici isə 5,8%, yaxud 5,9 kq azalıb.

Sağlam, ekoloji təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadə bu gün iqlim dəyişikliyinə töhfə verə biləcək ən uğurlu alternativ nəqliyyat vasitəsidir. Velosipedin nəqliyyat vasitəsi kimi populyarlaşdırılmasını hədəfləyərək velosiped yolları və zolaqlarının təşkili üzrə də işlər görür.

Aktiv mobillik növlərinin təşviqi, rahat piyada hərəkəti və velosiped sürmək üçün şəraitin yaradılması istiqamətində tədbirlər davam etdirilir”, - deyə BNA-nın saytında yer alan məlumatda bildirilir.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026