Bakıda restoran yanıb.
Bakıvaxtı.az FHN-ə istinadla xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Ümumi sahəsi 265 m² olan bir dam altında tikilən birmərtəbəli obyektin (restoran və anbar) yanar konstruksiyaları 220 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















