• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ramiz Mehdiyevdən Tarix İnstitutunun rəhbərliyinə XƏBƏRDARLIQ

CƏMİYYƏT

19 Yanvar 2022 | 23:50 | Müəllif: Qalib İbrahimoğlu

Ramiz Mehdiyevdən Tarix İnstitutunun rəhbərliyinə XƏBƏRDARLIQ

"Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən miras qalmış mənasız intriqaların nəticəsidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın bu gün keçirilən Rəyasət Heyətinin iclasında deyib.

AMEA prezidenti Dilçilik İnstitutu tərəfindən nəşr olunmuş Orfoqrafiya lüğəti ilə bağlı mətbuatda yazılanlara və Tarix İnstitutunda baş verən bir sıra xoşagəlməz hallara münasibət bildirib. Onun sözlərinə görə, müəssisədə dedi-qoduların daha da dərinləşməsi, bəzi əməkdaşların öz həmkarları haqqında yazdıqları şər və böhtan xarakteri daşıyan anonim məktublar, elmi mühitin sıradan çıxması və institut rəhbərliyinin bütün bu hallar qarşısında qətiyyətsizliyindən narahatdır.

R.Mehdiyev deyib  ki, institut rəhbərliyini bu məsələlərə dair ortaya qətiyyət və iradə qoymağa çağırıb, məsələləri həll etməsi ilə bağlı ciddi xəbərdarlıq edib.

"Orfoqrafiya lüğətinin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlar isə AMEA rəhbəri kimi məni qane etmir. Mən onlardan daha ciddi və əsaslı izahatlar gözləyirəm”, – deyə AMEA prezidenti vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026