• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu yollarda sürət həddi endirildi: Sürücülərin DİQQƏTİNƏ

CƏMİYYƏT

20 Yanvar 2022 | 09:29 | Müəllif: Qalib İbrahimoğlu

Bu yollarda sürət həddi endirildi: Sürücülərin DİQQƏTİNƏ

Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraitilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saat endirilib.

Bu barədə Bakıvaxtı.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

BNA bu gün üçün proqnozlaşdırılan hava şəraitilə əlaqədar hərəkət iştirakçılarına ehtiyatlı olmalarını tövsiyə edir.

Qeyd olunub ki, hərəkıtin təhlükəsizliyi üçün sürücülər sürət həddinə əməl etməli və meterioloji amilləri nəzərə almalıdırlar.

"Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etsinlər.

Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir", - deyə BNA-dan bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026