Gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşlərə müvəqqəti məhdudiyyət qoyulub.
Bakıvaxtı.az bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat əldə edib.
Bildirilib ki, yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə sağlamlıqlarının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı tədbirlər həyata keçirilir.
Qurum ictimaiyyətdən hərbi qulluqçuların sağlamlığına həssas yanaşmağı, tətbiq edilən məhdudiyyətə anlayış göstərməyi və bu dövrdə hərbi hissələrə gəlməməyi xahiş edib.
Əli Hüseynov