Gəncədə yaşayış binasında baş verən partlayışda ağır xəsarət alan 1989-cu il təvəllüdlü Elnur Qurbanov Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılır.
Bakıvaxtı.az xəbər verir ki, onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, E.Qurbanov həmin evdə təmir işləri görən usta olub.
***
17:17
Gəncədə yaşayış binasında partlayış baş verən mənzildə təmir işləri görən usta xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, onun 1989-cu il təvəllüdlü Elnur Qurbanov olduğu bildirilir.
Bundan başqa, daha bir nəfərin də xəsarət aldığı qeyd olunub.
***
17:00
Gəncə şəhərində mənzildə partlayış olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş verib.
Əraziyə yanğınsöndürən maşınlar və təcili yardım biriqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.