Goranboy rayonunda bacı-qardaşın qətlinin bəzi təfərrüatlar məlum olub.
Bakıvaxtı.az-ın report.az-a istinadən məlumatına görə, Goranboy rayon sakinləri, 1970-ci il təvəllüdlü Pərviz Rəcəb oğlu Namazov və 1960-cı il təvəllüdlü Səlmi Rəcəb qızı Namazova rayonun Qarasüleymanlı kəndində, Goran çayının yaxınlığındakı torpaq sahəsində olan zaman rayon sakini, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevlə mübahisələri yaranıb. Mübahisəyə səbəb elə hadisənin törədildiyi yerdəki torpaq sahəsi olub.
İ.Haqverdiyev torpağın məhkəmə qərarı ilə ona məxsus olduğunu iddia edərək avtomobilindəki bıçağı götürərək bacı-qardaşı boyun və digər nahiyələrdən bıçaqlayıb. Hər iki şəxs aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişiblər.
Qətli törətməkdə şübhəli bilinən İ.Haqverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
***
18:23
Goranboyda qətl hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb. Belə kənd sakinləri - 1960-cı il təvəllüdlü Namazova Səlmi Rəcəb qızı və qardaşı, 1970-ci il təvəllüdlü Namazov Pərviz Rəcəb bıçaqlanaraq qətlə yetiriliblər. Hadisəni törədən isə mərhumları həmkəndliləri, 1965-ci il təvəllüdlü Haqverdiyev İlham Şahverdi oğludur.
İ. Haqverdiyev hər iki şəxsi soyuq silahla qətlə yetirib. Hadisənin torpaq sahəsi üstündə baş verdiyi deyilir.
O, polis tərəfindən saxlanıb.
















