Goranboy rayonunda yanğın olub.
Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğın Goran qəsəbəsi ərazisindəqeydəa lınıb.
Belə ki, “112” qaynar telefon xəttinə daxil məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Goranboy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində açıq ərazidə 200kv.m sahədə qamışlıq və vətəndaşa məxsus transformatorun çıxış kabeli 70p.m yanıb.
Ərazidə yerləşən kommunikasiya xətləri və transformator, həmçinin yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.


jpeg-1710500549.jpeg)













