• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Gəncədə yanğın - ölən var - YENİLƏNİB

HADİSƏ

13 Aprel 2024 | 12:42

Gəncədə yanğın - ölən var - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, Gəncə şəhərində ümumi sahəsi 190 m² (hər mərtəbəsi 95 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

    ***

    12:00

    Gəncədə yanğın hadisəsi baş verib.

    Bakıvaxtı.az xəbər verir ki,  hadisə şəhərin Bursa küçəsində qeydə alınıb. Belə ki sözü gedən ünvanda yerləşən fərdi yaşayış evində yanğın olub. Dərhal əraziyə FHN-nin yanğınsöndürmə qüvvələri və canlı qüvvəsi cəlb olunub.

      Yanğın kəşfiyyatı zamanı evdən 1966-ci il təvəllüdlü Kamil Quliyevin meyiti tapılıb. Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


      SON XƏBƏRLƏR

      26 Iyul 2024