"Gözəl qanunlar yazıb hazır edirik, lakin onların icrası ilə bağlı problemlər yaşayırıq".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputay Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib.
Deputat deyib ki, qanunların icrasına nəzarəti də Milli Məclis yerinə yetirməlidir: "Məsələn, siqaretlərin qapalı məkanda çəkilməsi ilə bağlı güclü nəzarət mexanizmi qurulmalıdır".
Nuranə Daxilqızı
















