• Bakı 16° C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Güclü küləyin aşırdığı ağac götürülüb, hərəkət bərpa olunub - YENİLƏNİB - VİDEO

HADİSƏ

14 May 2025 | 14:54

Güclü küləyin aşırdığı ağac götürülüb, hərəkət bərpa olunub - YENİLƏNİB - VİDEO

Bakının Nəsimi rayonunun 28 may küçəsində güclü külək nəticəsində aşan ağac ərazidən götürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Bildirilib ki, Birliyinin əməkdaşları hadisə yerinə gəlib və aşan ağac ərazidən kəsərək götürüblər. Artıq yol tam açılıb və hərəkət bərpa olunub.

***

14:10

Bakının Nəsimi rayonunun 28 may küçəsində güclü külək ağacı avtomobillərin üzərinə aşırıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində hərəkətdə olan iki avtomobilə ziyan dəyib.

Xəsarət alan olmasa da, yolda avtomobillərin hərəkəti məhdudlaşıb.

Qeyd edək ki, bu gündən başlayan küləkli hava şəraiti mayın 17-dək davam edəcək.

 


SON XƏBƏRLƏR