• Bakı 14° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Güllə atıcımız beynəlxalq turnirdə bürünc medal qazandı

İDMAN

25 Yanvar 2025 | 00:46

Güllə atıcımız beynəlxalq turnirdə bürünc medal qazandı

Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən "2025 H&N" Kubokunda bürünc medal qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, təmsilçimiz oğlanlar arasında pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışında 217.1 xal toplayaraq bürünc medal əldə edib.

Qeyd edək ki, turnirə yanvarın 26-da yekun vurulacaq.


SON XƏBƏRLƏR

07 Noyabr 2025