• Bakı 26° C

    14.98 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Gürcüstan iqtisadiyyatı I rübdə 9 % böyüyüb

İQTİSADİYYAT

08 May 2026 | 15:46

Gürcüstan iqtisadiyyatı I rübdə 9 % böyüyüb

Bu ilin I rübündə Gürcüstan iqtisadiyyatı 9,1 % artım nümayiş etdirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu qonşu ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.

Hökumət başçısı qeyd edib ki, təkcə martda isə iqtisadi artım 10,7 % təşkil edib.

Onun sözlərinə görə, bu nəticə regionda davam edən böhran və Yaxın Şərqdəki gərgin vəziyyət fonunda əldə olunub.

İ.Kobaxidze əlavə edib ki, iqtisadi artım orta əmək haqqının yüksəlməsinə, yoxsulluğun azalmasına, dövlət büdcəsinin böyüməsinə və sosial proqramların genişlənməsinə birbaşa təsir göstərir.

Baş nazir həmçinin vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə də iqtisadi göstəricilərin yaxşılaşmasına müsbət təsir edib.

Onun sözlərinə görə, hökumətin əsas məqsədi yüksək iqtisadi artım tempini qoruyub saxlamaqdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026