• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Gürcüstan parlamenti Prezidentin vetosunu ləğv edəcək

DÜNYA

25 May 2024 | 20:37

Gürcüstan parlamenti Prezidentin vetosunu ləğv edəcək

Gürcüstan parlamenti ABŞ-nin planlaşdırdığı sanksiyalara baxmayaraq, Prezidentin vetosunu ləğv edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tbilisi meri və hakim "Gürcü Arzusu"nun baş katibi Kaxa Kaladze bildirib.

“Strateji partnyorumuzun - ABŞ-nin sanksiyalar tətbiq etməsini təsəvvürə gətirmək mümkün deyil. Çünki ölkə xalqının qanuni seçdiyi parlament şəffaflıq haqqında qanun qəbul edir. Gürcüstanın suverenliyi, dövlətçiliyimiz hər bir gürcü üçün çox vacibdir. Ona görə də bu veto ləğv ediləcək”, - K. Kaladze bildirib.

Onun sözlərinə görə, Gürcüstanla ABŞ arasında son zamanlar yaranmış münasibətlərin yenidən qurulmasına ehtiyac var./report


SON XƏBƏRLƏR

16 Iyun 2024