• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"Heç kim heç yerə havadan pul vermir" - Siyavuş Novruzov terrorlardan DANIŞDI

SİYASƏT

29 Mart 2024 | 11:44

Heç kim heç yerə havadan pul vermir - Siyavuş Novruzov terrorlardan DANIŞDI

“Demək olar, dünyada təhlükəsizlik məsələsi 1 nömrəli məsələyə çevrilib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Amerikada 11 noyabr hadisələrində Corc Buş çıxışında demişdi ki, Amerika təhlükəsizlik məsələsini önə çıxarır:

"Doğrudan da, bir dövlət təhlükəsizliyi təmin edə bilmirsə, başqa nə cür edə bilər?"

Deputat qeyd edib ki, Azərbaycan ərazisində nə qədər terror əməliyyatı keçirmək istəsələr də, hüquq-mühafizə orqanları qarşısını alıb:

"Daha sonra yanğınlar artdı, yenə təhlükəsizlik orqanlarımız bunun qarşısını aldı".

C.Novruzov bütün beynəlxalq tədbirlərin Azərbaycanda keçirildiyini deyərək, bunun ölkəmizdə olan ictimai-siyasi sabitliyin, demokratiyanın bir nümunəsi olduğunu bildirib:

"Bunu gözü götürməyənlər çoxdur. Rusiyada baş verən terrordan sonra sapı özümüzdən olan baltalar çalışırlar ki, kaş bu, Azərbaycanda olardı. Onlar Azərbaycan vətəndaşlarını düşünmürlər. Terrorun əsas məqsədi maliyyə, çirkli pullardır. Qanunvericiliyimizdə bu barədə müddəalar var. Əgər mənbəyi məlum olmayan vəsait varsa, qarşısı alınmalıdır. Heç kim heç yerə havadan pul vermir, bunların sifarişi var”.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Aprel 2024