“Həkimlərimizə reseptlərdə dərmanların əmtəə nişanlarının yazılmasına icazə verilmir. Bu qadağanına aradan qaldırılması təhlükəsizlik və qiymətin optimallaşdırılması üçün lazımdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.
“Bəzi əczaçılar peşəkar olmadığı üçün həkimin yazdığı reseptləri yalnış oxuyurlar. Bu da xəstələrin problemlərinə səbəb olur.
Ümid edirəm ki, yeni qanun layihəsi ilə dərman idxalçıları ilə apteklər arasında xoşagəlməz halların qarşısı alınmalıdır”.
Ramid İbrahimov
















