İmişli regional ədliyyə idarəsinin rəhbərliyi Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə İmişli rayonu 7 saylı orta məktəbin müəllim və şagirdləri ilə görüş keçirib.
Bakıvaxtı.az xəbər verir ki, Ədliyyə Nazirliyinin, o cümlədən regional idarənin fəaliyyət istiqamətləri barədə maarifləndirici görüşdən əvvəl Ulu Öndərin və vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə regional idarənin rəhbər və işçi heyəti ilə yanaşı Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının sədri Səfa Ağayev də iştirak edib.
Ulu Öndərin 100 illik yubileyi ilə bağlı tədbir iştiakçılarını təbrik edən Regional idarənin rəisi İsgəndər Orucov tədris dövrünün bitməsi ərəfəsində “Son Zəng” münasibətilə məktəblilərə təbrikini çatdırıb, ali məktəbə qəbul imtahanlarında məktəb üzrə ən yüksək bal toplamış 11-ci sinif şagirdinə, eləcə də buraxılış imtahanlarında ən yüksək bal toplamış 9-cu sinif şagirdinə və tədris ilində məktəb rəhbərliyi tərəfindən fəaliyyəti ilə yüksək qiymətlənidirilən müəllimə idarənin xüsusi hədiyyələrini təqdim edib. Bundan başqa, tədbirdə iştirak edən bütün 11-ci sinif şagirdlərinə və müəllim heyətinə regional idarənin adını və fəaliyyətini əks etdirən bloknot, qələm və bukletlər təqdim edilib.
İdarə rəisi dahi şəxsiyyətin həyat və fəaliyyətinə nəzər salındıqda onun dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının dərindən öyrənilməsinə və tədqiq edilməsinə daim ehtiyac olduğunu, bundan sonrakı nəsillərə Heydər Əliyev irsinin ötürülməsinin vacibliyini vurğulayıb. Həmçinin Ədliyyə Nazirliyinin inkişaf yolundan, məhkəmə-hüquq sistemində həyata keçirdiyi islahatlar barədə ətraflı məlumat verib, Ümummilli Liderin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində əldə olunan mühüm nailiyyətləri qeyd edib.
Tədbirdə Ulu Öndərin yüksək dövlətçilik amallarının və siyasi kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilərək respublikamızın davamlı tərəqqiyə nail olunması, müasir çağırışlara uyğun aparılan məhkəmə-hüquq islahatlarının dünyada təqdir olunan müsbət nəticələri vurğulanıb. Bununla yanaşı dahi şəxsiyyətin dediyi kimi “Bir Millət, İki Dövlət” olan Türkiyə-Azərbaycan qardaşlığının əbədi olması və daha möhkəm bağlarla bu münasibətin möhkəmlənməsi arzulanıb.
YAP-ın rayon təşkilatının sədri Səfa Ağayev regional idarənin təşəbbüsü ilə təşkil olunan bu tədbirin əhəmiyyətini, Ədliyyə Nazirliyinin fəaliyyəti ilə bağlı məktəblilərin müəyyən fikirlərə sahib olmasının önəmli olduğunu, yaddaşlarında xoş bir iz qoyacağını bildirib. O, Ümummilli Lider Heydər Əliyevlə bağlı fikirlərini bölüşüb, əbədiyaşar dövlət xadiminin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını, belə tədbirlərin bundan sonra da davam etdirilməsinin önəmli olduğunu, bunun təkcə vəzifəli şəxslər kimi deyil, həm də vətəndaşlıq borcumuz olduğu qeyd edib.
Sonda Ülü Öndərin həyat və yaradıcılığı barədə video çarx izlənilib.







jpg-1689225573.webp)
jpg-1689225233.webp)






