Rusiya Hindistan və Pakistan arasında hərbi qarşıdurmanın genişlənməsindən dərin narahatdır.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova adından yayılan bəyanatda bildirilib.
Qeyd olunub ki, Rusiya regionda vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün Hindistan-Pakistan münaqişəsinin tərəflərini təmkinli olmağa çağırır.
"Pahalqam yaxınlığındakı terror aktından sonra Hindistan və Pakistan arasında hərbi qarşıdurmanın genişlənməsindən dərin narahatıq. Rusiya terror aktlarını qətiyyətlə pisləyir, onun hər hansı təzahürlərinə qarşı çıxır və bu şərlə səmərəli mübarizə aparmaq üçün bütün beynəlxalq ictimaiyyətin səylərini birləşdirməyin zəruriliyini vurğulayır. Biz regionda vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırırıq. Ümid edirik ki, Yeni Dehli və İslamabad arasındakı fikir ayrılıqları 1972-ci il Şimla Sazişinin və 1999-cu il Lahor Bəyannaməsinin müddəalarına uyğun olaraq ikitərəfli əsasda siyasi və diplomatik vasitələrlə sülh yolu ilə həll olunacaq", - Rusiya XİN sözçüsünun bəyanatında bildirilib.