• Bakı 17° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.859

    RUB - 0.0176

İctimai yerlərdə telefonlara qadağa qoyuldu 

DÜNYA

12 Fevral 2024 | 14:41

İctimai yerlərdə telefonlara qadağa qoyuldu 

Fransanın Sen-Port şəhərində küçələrdə, mağazalarda və parklarda telefondan istifadəyə məhdudiyyətlər qoyulacaq.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 2 mindən az əhalisi olan Seine-et-Marne bölgəsində ötən həftə sonu keçirilən referendumda ictimai yerlərdə smartfonlardan istifadənin məhdudlaşdırılmasının lehinə səs verib.

Yeni qaydaya görə, sakinlər küçədə, parkda, mağazalarda, restoranlarda yemək yeyəndə, hətta məktəb qapısının qarşısında telefonlarına baxa bilməyəcəklər

Şəhərdə uşaqların telefondan istifadə ilə bağlı qayda da təsdiq edilib.

Qaydaya görə, uşaqlar səhər saatlarında, yataq otaqlarında, yatmazdan əvvəl və ya yemək zamanı telefonlarına baxa bilməyəcəklər.   

Valideynlər övladına 15 yaşınadək smartfon verməmək üçün yazılı müqavilə imzalasalar, bələdiyyə uşağa yalnız zənglər üçün köhnə model telefon verəcək.

Günəş Mərd


SON XƏBƏRLƏR

12 Oktyabr 2024