• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İdarə Heyətinin bu üzvü haqqında MŞ-də məlumat yoxdur - Səbəb çox sadədir

MEDİA

14 Oktyabr 2022 | 10:30 | Müəllif: Qalib İbrahimoğlu

İdarə Heyətinin bu üzvü haqqında MŞ-də məlumat yoxdur - Səbəb çox sadədir

Mətbuat Şurası İdarə Heyətində 23 nəfər təmsil olunsa da, qurumun saytında 22 nəfər haqqında məlumat verilib.

Bakıvaxtı.az xəbər verir ki, İdarə Heyətinə ictimaiyyət nümayəndələrindən üzv seçilən Yeganə Hacıyevanın adı İH üzvləri arasınd yer almayıb.

Bununla bağlı Bakıvaxtı.az-a açıqlama verən Mətbuat Şurasının  içraçı katibi Əvəz Rüstəmov  deyib ki, bunun səbəbi çox sadədir: “Yeganə xanım özü haqqında məlumatları quruma təqdim etməyib. Təkmilləşmiş tərcümeyi-halını göndərəndən sonra onun haqqında məlumatlar da Mətbuat Şurasının saytında yerləşdiriləcək”.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin sentyabrın 24-də keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. 14 nəfər jurnalist nümayəndələrindən, 9 nəfər isə ictimaiyyət nümayəndələrindən üzv olmaqla 23 nəfər İH-ə seçilib. Qurultayda İH üzvü eçilmiş Niyaz Niftiyev bir gün sonra quruma işlərinin çox olması ilə bağlı istefa ərizəsini təqdim edib. Bununla əlaqədar Mətbuat Şurasının İdarə Heyətinin növbədənkənar iclasında N.Niftiyevin istefası qəbul olunub. İH üzvü seçilmiş Əflatun Amaşov "Xalq qəzeti"nin baş redaktoru təyin edildiyindən, həmçinin uzun illər MŞ-yə jurnalistlərdən olan namizəd kimi rəhbərlik etdiyindən, onun jurnalist nümayəndələrin sırasına daxil olunması qərara alınıb.

MŞ İdarə Heyəti ictimaiyyət nümayəndələrindən ən çox səs toplamış növbəti namizəd - Gənc Demokratlar İnstitutunun rəhbəri, politoloq Yeganə Hacıyevanın İdarə Heyətinin tərkibinə daxil edilməsi barədə qərar qəbul edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026