• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Yeni Müsavat” 33 yaşını qeyd edir 

MEDİA

10 Noyabr 2022 | 16:16 | Müəllif: Qalib İbrahimoğlu

“Yeni Müsavat” 33 yaşını qeyd edir

10 noyabr “Yeni Müsavat” qəzetinin yaranma günüdür. 

Bakıvaxtı.az xatırladır ki, qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. 

Onun qurucusu indiki baş redaktor və “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğludur.

“Yeni Müsavat” qəzeti ilk illər gizli fəaliyyət göstərib, kommunist sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 

1991-ci ilin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb.

1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı öz üzərinə götürüb. 16 il 8 aydan sonra - 2009-cu ilin noyabrında o, qəzetin 20 illik yubileyi münasibəti ilə təsisçiliyi Rauf Arifoğluya qaytarıb. Bütün formallıqlar həll edildikdən sonra, 26 noyabr 2009-cu ildən başlayaraq, qəzet Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görməyə başlayıb. 
Bu günədək qəzetin 8099 sayı işıq üzü görüb.

Bakıvaxtı.az kollektivi olaraq “Yeni Müsavat” qəzetində çalışan həmkarlarımızı təbrik edir, uğurlar arzulayırıq!


“Yeni Müsavat” 33 yaşını qeyd edir
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026