• Bakı 18° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Azərbaycan nümayəndə heyəti beynəlxalq sammitdə iştirak edir

MEDİA

03 Dekabr 2022 | 19:09

Azərbaycan nümayəndə heyəti beynəlxalq sammitdə iştirak edir

Azərbaycan nümayəndə heyəti 2-3 dekabr tarixlərində Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə İstanbul şəhərində keçirilmiş Beynəlxalq “Stratcom Sammiti 22”də təmsil olunub.

Bakıvaxtı.az xəbər verir ki, “Qeyri-müəyyənlik şəraitində Stratcom” mövzusunda keçirilən tədbirdə müxtəlif ölkələrdən olan dövlət rəsmiləri, özəl və media sektorun təmsilçiləri, elm və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

“Stratcom Sammiti 22” çərçivəsində strateji kommunikasiya ekosistemində regional münaqişələrlə üzləşmə, geosiyasi gərginliklərin yaratdığı hibrid təhdidlər, dezinformasiya, humanitar və ətraf mühit böhranları, informasiya müharibəsi mövzuları müzakirə olunub.

Ramid İbrahimov


SON XƏBƏRLƏR