• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Tanınmış jurnalist xəstəxanadn buraxıldı

MEDİA

30 Dekabr 2022 | 17:29

Tanınmış jurnalist xəstəxanadn buraxıldı

Tanınmış jurnalist, Qarabağ qazisi İlham Tumas xəstəxanadn buraxılıb.

Bu barədə Bakıvaxtı.az-a jurnalistin özü bildirib.

Onun sözlərinə görə, xəstəxanadan bu gün evə buraxılıb: "Göydə Allahın köməyi ilə, yerdə təbiblərimizin, sizlərin sayənizdə bu naxoşluğu qurtardım. Bu mənada Respublika xəstəxanasının Nevroloji şöbəsinin həkimlərinə və şəfqət bacılarına minnətdaram".

İlham Tumas artıq müalicəni evdə davam etdirir: "Bir ciddi problem sonuncu qıcolma vaxtı dişlərimin dilimi param-parça etməyi olub ki, inşallah, o da yavaş-yavaş düzələcək, inanıram".

Xatırladaq ki, bir neçə gün əvvəl İlham Tumas xəstəxanaya yerləşdirilmişdi. 

Qeyd edək ki, İ.Tumas Birinci Qarabağ müharibəsi veteranı, Vətən Müharibəsi iştirakçısı. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, "Füzulinin azad olunmasına görə", Müdafiə Nazirinin 30.12.2020-ci il tarixli 0249t saylı əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif edilib.

Aytac Aslan 


SON XƏBƏRLƏR