• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

MEDİA jurnalistlər üçün müsabiqə elan etdi

MEDİA

01 Noyabr 2022 | 14:13 | Müəllif: Qalib İbrahimoğlu

MEDİA jurnalistlər üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan edib.

Bu barədə Bakıvaxtı.az-a MEDİA-dan bildirilib.

Verilən xəbərə görə, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən jurnalist anlayışı ilə əhatə olunan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 jurnalist və 2 operator qalib elan edilir və mükafatlandırılır. Müraciət üçün son tarix 15 noyabrdır.

Müsabiqə barədə daha ətraflı məlumatı Agentliyin rəsmi internet saytından (media.gov.az) əldə etmək mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026