“Regnum” xəbər agentliyinin baş redaktoru Modest Kolerov tutduğu vəzifədən azad olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, TASS-a bildirib.
Qeyd edək ki, bundan əvvəl mətbuatda Modest Kolerov vəzifəsindən azad olunduğu, Aleksandr Qriqoryevin “Regnum”un baş redaktorunun səlahiyyətlərini icra edən təyin edildiyi barədə məlumatlar yayılmışdı.
“Gecə mənə bir qərar, sənədin şəklini göndərdilər - təsisçinin qərarı ilə məni vəzifədən uzaqlaşdırdı" deyən Kolerovun sözlərinə görə, yeni informasiya layihələri yaratmaqla yanaşı, elmlə də məşğul olmağı davam etdirməyi planlaşdırır.
"İşləməyə davam etməyi planlaşdırıram. Həyatımda çoxlu müxtəlif fəaliyyətlərim var - tarix elmi ilə məşğulam, dövlət arxivində işləyirəm. Yeni informasiya layihələri yaradacam. Artıq bu məsələ ilə bağlı ilkin fikirlərim var", - deyə Modest Kolerov qeyd edib.
Nuranə Daxilqızı
















