• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Hacıqabula dolu yağdı - VİDEO

CƏMİYYƏT

17 Aprel 2025 | 16:15

Hacıqabula dolu yağdı - VİDEO

Ölkə ərazisində iki gün davam edən güclü yağışdan sonra bəzi bölgələrdə hava açıq və yağmursuz keçsə də, ayrı-ayrı ərazilərdə qeyri-sabit hava müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə Hacıqabul rayonuna dolu yağması ilə bağlı görüntülər yayılıb. 

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında aprelin 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Nuriyyə Musayeva

 


SON XƏBƏRLƏR

18 Aprel 2025