Macarıstan-Azərbaycan əlaqələri sürətlə inkişaf edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib.
Dövlət başçısı qeyd edib ki, Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqlar var:
“Ölkələrimizin əhalisinin təxminən eyni olması, ərazi ölçülərimizin də çox yaxın olması oxşarlıqlardır. Həmçinin Macarıstan müharibə aparan ölkə ilə sərhəddir, Azərbaycan da başqa bir müharibə aparan ölkə ilə sərhəddir. Bu oxşarlıqlar onu deməyə əsas verir ki, biz həm də bənzər çağırışlarla üz-üzəyik”.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan müharibəni 44 günə bitirib və bu müharibə beynəlxalq hüquq çərçivəsində aparılıb:
“Azərbaycan Ordusu qalib gəldi və orduda müharibə dövründə bir nəfər belə fərari olmadı, Ermənistan tərəfinin özünün yaydığı məlumata görə isə onların ordusunda 12 min fərari ölüb. Müharibədən sonra sülhün də, sülh müqaviləsinin mətninin də təşəbbüskarı Azərbaycan olub”.