• Bakı 16° C

    2.11 m/s

İlham Əliyev İslam Kərimovun məqbərəsində oldu

CƏMİYYƏT

15 Sentyabr 2022 | 12:13

İlham Əliyev İslam Kərimovun məqbərəsində oldu

Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, hündürlüyü 8 metrə qədər olan məqbərə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarı üzərində ucaldılıb. Məqbərənin divarları qiymətli daşlar və zərlə bəzədilib.

Girişdə mərmər lövhə üzərində özbək və ingilis dillərində “Bu müqəddəs yer Özbəkistan Respublikasının birinci Prezidenti, böyük dövlət və siyasət xadimi, özbək xalqının əziz və sevimli oğlu İslam Abduqanieviç Kərimovun əbədi məskənidir” sözləri həkk olunub. Məqbərənin layihələndirilməsi və inşası zamanı onun dizaynının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Səmərqənddəki Xəzrət-Xızr məscidi ilə uyğunluğuna diqqət yetirilib.

Prezident İlham Əliyev Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məzarı önünə gül dəstəsi qoyub.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub.


İlham Əliyev İslam Kərimovun məqbərəsində olduİlham Əliyev İslam Kərimovun məqbərəsində oldu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026