• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İlham Əliyev İtaliya Prezidentinə başsağlığı verib

SİYASƏT

13 Iyun 2023 | 20:32 | Müəllif: Subhan Mahmudov

İlham Əliyev İtaliya Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya başsağlığı məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Silvio Berluskoninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Silvio Berluskoninin Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində böyük töhfəsi var idi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026