• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu halda Azərbaycan-Ermənistan arasında barış olmayacaq və…

SİYASƏT

13 Iyul 2023 | 13:47 | Müəllif: Qalib İbrahimoğlu

Bu halda Azərbaycan-Ermənistan arasında barış olmayacaq və…

"Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün ən düzgün platforma heç bir kənar dövlətin təsiri, müdaxiləsi olmadan tərəflərin özlərinin ikili müzakirə apardığı vasitəsiz formatdır".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Siyasi şərhçinin sözlərinə görə, amma erməni cəmiyyətində hələ də xəstə təfəkkür var ki, Qarabağı hansısa yolla Azərbaycandan qoparsınlar: "Ermənistan cəmiyyətində mütəşəkkil bir kəsim var və onlar Nikol Paşinyanı çevrilişlə hədələyirlər ki, Qarabağı Azərbaycana heç bir halda qaytarmaq olmaz. Bu baxımdan mövqeyi kifayət qədər zəif olan Paşinyan çalışır ki, danışıqlar prosesində Ermənistanı müdafiə edən güclü bir dövlət olsun. Baş nazir çox istərdi ki, bu dövlət Fransa olsun. Amma Azərbaycan tərəfi deyib ki, biz Fransanın vasitəçiliyini qəbul etmirik. Buna rəğmən, Fransa həyasızcasına Brüssel platformasında iştirak edir və danışıqlara mane olur. Rusiyanın mövqeyi isə elədir ki, ümumiyyətlə Azərbaycan və Ermənistan arasında sülh olmasını istəmir. İstəyir ki, tərəflər hər zaman Rusiyaya möhtac olsunlar və Qarabağ da reinteqrasiya olmasın və "müstəqillik" xülyası ilə yaşasınlar”.

Z.Əlizadə hesab edir ki, belə halda Azərbaycan və Ermənistan arasında barış olmayacaq və rus sülhməramlıları Qarabağda qalmağa davam edəcək: “Bu da Moskvanın mövqeyidir. ABŞ istəyir ki, sülh və razılaşma olsun, ancaq Qarabağ erməniləri ilə Azərbaycan hökuməti arasında danışıqlarda hansısa güclü tərəfin iştirakını istəyir. Təbii ki, Vaşinqton güclü tərəf kimi Amerikanı nəzərdə tutur. Belə demək mümkündürsə, Amerika da bölgəyə öz atını bağlamaq istəyir".

Həmsöhbətimizə görə, Azərbaycan dövləti çalışır ki, beynəlxalq qanunların təsiri ilə Ermənistan öz qanunsuz hərbi birləşmələrini Qarabağdan çıxarsın və oradakı erməni əhalisi ilə dialoq başlasın: "Bunun üçün ilk növbədə Qarabağdakı qanunsuz silahlı birləşmələr ya tərksilah olunmalı, ya da ərazini tərk etməlidir. Oradakı qondarma rejim, sturktur ləğv olunmalı, törətdiyi cinayətlərə görə qorxanlar Ermənistana getməlidir. Hərbi cinayət törətməmiş müharibə iştirakçılarına Azərbaycan tərəfindən amnistiya tətbiq edilə bilər. Ondan sonra ermənilər Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər".

Z.Əlizadə İrəvanın sülhdən danışdığı dövrdə paralel olaraq sərhəddə və Qarabağdakı təxribatlara da toxunub: "Ermənistan ordusunda Rusiyanın güclü dayaqları var. Rusiya istəmir ki, sülh olsun. Ona görə də erməni ordusundakı adamlarına deyir ki, danışıqları pozun, təxribat törədin. Ermənilər də bunu edirlər, vəssalam".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026