"NATO sammiti ərəfəsi, konkret olaraq Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyə səfərindən etibarən Rəcəb Tayyip Ərdoğan bəzi məsələlərlə bağlı daha aydın münasibət sərgiləməyə başlayıb".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər deyib.
Partiya rəhbəri bildirib ki, Türkiyə lideri həm NATO-nun genişlənməsi, həm Ukraynanın Hərbi Alyansa üzvlüyü, həm də Rusiya-Ukrayna müharibəsi ilə bağlı birmənalı mövqe ortaya qoyur:
"Heç kimə sirr deyil ki, Azərbaycan dövləti də 2025-ci ildən sonra Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddətinin uzadılmasını istəmir. Yaranmış geopolitik vəziyyəti və 2025-ci ilədək Rusiyanın daha zəif duruma düşəcəyini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanın strateji müttəfiqi öz fikrini açıq bəyan edib".
Onun sözlərinə görə, şübhəsiz, bu, Azərbaycan və Türkiyə dövlət başçıları arasında müzakirə olunmuş məsələdir.

Sülhəddin Əkbər : “Şübhəsiz, bu, Azərbaycan və Türkiyə dövlət başçıları arasında müzakirə olunmuş məsələdir”
Müsahibimiz qeyd edib ki, bu, bir daha Azərbaycanın və müttəfiqimiz Türkiyənin 2025-ci ildən sonra Rusiya silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmasını istəmədiyinin açıq şəkildə bəyan edilməsidir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında deyib ki, Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağda müəyyən edilmiş yerlərdə qalacaq.
Ərdoğan bildirib ki, Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək. O, Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb: "Razılıq bu formadadır və Rusiyanın razılığın şərtlərinə sadiq qalacağına ümid edirəm. Hörmətli qardaşım İlham Əliyev də məsələni yaxından izləyir".
Aydın Baxış



jpeg-1691763713.webp)












