Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, qonaq Azərbaycanın, o cümlədən Bakı şəhərinin inkişafını məmnunluqla qeyd etdi.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi bildirildi, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı qeyd olundu. Azərbaycan ilə Slovakiya arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyi vurğulandı.
Prezident İham Əliyev Qarabağda Slovakiya tərəfindən quruculuq layihəsinin həyata keçirildiyini məmnunluqla qeyd etdi.
Gələn ildən Azərbaycanda NATO əlaqələndirici səfirlik funksiyasını Slovakiya səfirliyinin həyata keçirəcəyi bildirildi.
Slovakiya Prezidenti dövlətimizin başçısını ölkəsinə səfərə dəvət etdi. Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul etdi.
***
16:24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
14:38
Slovakiya Prezidenti Azərbaycana səfərə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Slovakiya Prezidenti Peter Pelleqrini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycana səfərə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.