"Rusiya ilə müsəlman ölkələrinin mövqeləri bir çox cəhətdən yaxındır".
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, dünyada yaranmış çətin vəziyyətdə Rusiya ilə müsəlman ölkələrinin mövqeləri bir çox cəhətdən yaxındır. Onlar ayrı-seçkilikdən, diktaturadan və sanksiyalardan azad olan ədalətli dünya nizamının qurulmasını birgə müdafiə edirlər:
"Rusiya ənənəvi olaraq müsəlman ölkələri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı ilə dialoq çərçivəsində dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. Mövcud çətin beynəlxalq vəziyyətdə regional və qlobal gündəliyin aktual problemlərinə dair mövqelərimizin bir çox cəhətdən yaxın olması vacibdir. Biz birlikdə hər cür ayrı-seçkilik, diktatura və sanksiya təzyiqindən azad, həqiqi bərabərliyə və beynəlxalq hüququn aliliyinə əsaslanan ədalətli demokratik dünya nizamının qurulmasının tərəfdarıyıq".
Gülşən Şərif